Kaliforniya universitetinin alimləri günorta yuxusunun beynin funksiyasını yaxşılaşdırıdığını isbat edib. Maraqlısı bundadır ki, qısa günorta yuxusu insanı ağıllandırır.Uzun saatlar ayıq qalan beyin daha ləng işləyir.
Araşdırmalar göstərib ki, günorta yuxusu qavrama qabiliyyətini 40 % artırır.
Tədqiqata cəlb edilən 39 adam iki qrupa bölünüb-yatanlar və yatmayanlar. 90 dəqiqəlik yuxudan sonra yatanların beyninin daha fəal funksiya göstərdiyi aşkarlanıb.
Alimlər əminliklə deyir ki, yuxu yaddaşı gücləndirməklə yanaşı, beyində yeni informasiyalara yer açır. Bundan əlavə günorta yuxusu infarkt riskini 37 % azaldır.
Beş məsləhətdən yararlanın:
Ən yaxşı yuxu vaxtı 13:00-la 14:00 arasındadır.
Yerinizi rahatların, ayağınızın altına döşəkçə qoyun.
Yuxunu gücləndirən melotanin hormonunun ifrazı üçün yuxu maskası taxın.
Bədən hərarətinin qorunması üçün üstünüzü örtün.
Yatıb qalmamaq üçün zəngli saat qurun.
İnterpress.az