Baş çobanın sözlərinə görə, 600 qoyunu yeni otlaq sahəsinə apararkən ildırım sürünün ortasına düşüb.
Nəticədə, 120 qoyun yerindəcə ölüb, daha 165 qoyun isə qorxudan özlərini sərt qayadan ataraq tələf olub.
Yerli xilasedicilər qoyunların cəsədlərini axtarmağa başlayıb.
Sürünün Taş-Kumır şəhərindən olan fermerlərə məxsus olması ortaya çıxıb.
Fermerlər çobandan şikayətçi olmadıqlarını və baş verən hadisənin təbiətin qəzəbi olduğunu deyiblər.
Qırğız jurnalistlər tələf olmuş qoyunların bir qisminin fotosunu yayımlayıb.
İnterpress.az