Rusiyalı şərqşünas, Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovskinin adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.
Məlumata görə, bu sözləri XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Satanovskinin Dağlıq Qarabağa səfəri qanunsuzdur və o, bu səfəri ilə Azərbaycanın “Dövlət sərhədi haqqında” qanununu və Miqrasiya Məcəlləsinin tələblərini pozub.
Rusiyalı şərqşünas Yevgeni Satanovski bir neçə gün əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. O, Dağlıq Qarabağda qondarma rejimin nümayəndələri ilə bir sıra görüşlər keçirib. Bundan əvvəl Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyi üçün bolqar deputatları \”qara siyahıya\” salacağını açıqlamışdı. (musavat)
İnterpress.az