“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Interpress.az verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu E. Süleymanov küçəsində su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədar iyunun 22-də gün ərzində Qara Qarayev və Babək prospektlərinin, həmçinin E. Süleymanov və İ. Məmmədov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu ” ASC abonentlərdən üzr istəyir/
Interpress.az