Baku Medical Plaza klinikasının Babək filialının Qadın xəstəlikləri (Ginekologiya) və Doğum şöbəsinin müdiri Alik Qurbanov deyib ki, \”Baku Medical Plaza\” klinikasında 1 iyun tarixində qeysəriyyə əməliyyatı keçirən Bakı şəhər sakini İrina Makarova və əkiz övladlarının durumu normaldır və uşaqlar artıq evə buraxılıblar: \”Əməliyyatdan sonra xəstə reanimatologiya və intensiv terapiya şöbəsinə keçirilib. Həyati vacib göstəricilər – arterial təzyiq, nəbz, sidik çıxartma, həmçinin xaric olan qanın ümumi həcmi və uşaqlığın tonusu daimi monitorinq altında norma daxilində olub. Hazırda istər valideynin, istərsə də uşaqların vəziyyəti normaldır, artıq evə buraxılıblar.
Tibbdən anlayışı olanlar bilirlər ki, uşaqlıq deyilən orqan ən təhlükəli orqanlardandır və bu əməliyyatların da riski çoxdur. Mən çox istərdim ki, bizim əleyhimizə kampaniya aparanlar bu hadisəninin sonunu gözləyərdilər. Ancaq bizim üçün ən sevindirici məqam odur ki, ailə hazırda xoşbəxtdir və onların 5 illik uşaq həsrətinə son qoyulub.
Alik Qurbanov
Həkim anestezioloq-reanimatoloq Kamal Quliyev də jurnalistlərə açıqlamasında hadisənin təfərrüatları haqda danışıb: \”İrina xanım süni mayalanma nəticəsində əkiz döl hamiləliyi keçirmişdir.
Normal başa çatdırılmış hamiləlik, iyun ayının 1-də standart olaraq keysəriyyə əməliyyatına alındı. İlkin əməliyyat uğurla nəticələnmiş, amma əməliyyatdan sonra cərrahların da dediyi kimi, 50 ilin həkimlərinin qorxduğu məqam olan uşaqlıq borusu qanaxması baş vermişdir. Xəstə üzərində iki laporatamiya əməliyyatı aparılmışdır. Bu əməliyyatlara bağlı müasir qan itirmə tədbiri həyata keçirilmişdir.
Bundan sonra xəstənin vəziyyəti kritikləşdiyi üçün xəstə reanimasiya şöbəsinə yerləşdirilmişdir. İntensiv şəkildə, 10 gün müddətində reanimasion tədbirlər icra olunmuş, sonrakı dönəmdə isə xəstənin vəziyyəti nisbi stabilləşməyə doğru getmişdir. Hal-hazırda xəstənin reabilitasiya prosesi başa vurulub, bu gün evə yazılacaq.
Kamal Quliyev
O, uşaqların da səhhəti haqda məlumat verib və deyib ki, uşaqların vəziyyəti normaldır: \”Hazırda uşaqların vəziyyəti normaldır. Standartlara uyğun olaraq əkizlərin birinin çəkisi az, digərinin çoxdur. Ciddi həyati təhlükəsi yoxdur. Sadəcə olaraq nisbi zəif olduqları üçün qidalanma aktiv kontrol altında həyata keçirilir. Hazırda durumları stalibdir və analarının yanındadırlar.
Normalda istənilən halda hər hansı əməliyyatın icrasına gələn xəstəni tam şəkildə müayinə etmək imkanı yoxdur. Bu istər sığorta çərçivəsində, istərsə özəl çərçivədə ciddi müayinə məsləhətdir. Tibbdə \”Anamnez \” deyilən termin var. Biz əməliyyat öncəsi xəstə ilə ən azı 15 dəqiqə ətraflı şəkildə söhbət edirik. Söhbət əsnasında problemlərini soruşuruq, baş verə biləcək incə məqamları deyirik. Əgər ehtiyac olarsa, əlavə müayinələr istənilir.
Kamal Quliyev həkimin əməliyyatı yarımçıq qoyub qaçması xəbəri haqda da danışıb və bunu dezinformasiya adlandırıb: Əməliyyatda əvvəldən sona qədər iştirak edən həkimlərdən biri mən olmuşam. Birinci əməliyyatın sonrası heç bir təhlükə olmadığı üçün, ikinci əməliyyat öncəsi aktiv şəkildə briqdaların bir yerdə müdaxiləsinin nəticəsi olaraq həkimlə yanaşı bizim də briqada onlara qoşulub. Həkimin harasa qaçması xəbəri tamamilə dezinformasiyadır. Həkim Azərbaycanda xaricdən gələn, süni mayalanma aparan ən yaxşı mütəxəssislərdən biridir.
Ancaq bilirsiz ki, tibbdə 100% nəticə deyə bir şey yoxdur. Hər orqanizm individual olduğu üçün 100% sığorta daşıma imkanı olmur. Əməliyyat zamanı baş verə biləcəkləri sığortalamaq çətin işdir. Biz ancaq fazi etibarilə dəyərləndirə bilərik. Bir faiz olsa belə bu risk olaraq qalır.
Həkim həmçinin onu da qeyd edib ki, uşaqların vəziyyəti stabilləşdirən \”Baku Medical Plaza\”nın həkimləri olub: \”Bu əməliyyatın Baku Medikal Plazada olması əməliyyatın yaxşı nəticələnməsinə gətirib çıxardı. Əməliyyatın icrası, ardınca aparılan əməliyyatlar və son olaraq reanimasiyon tədbirlər bizim klinikada keçirilmişdir. Bizi ən çox sevindirən məqam isə heç şübhəsiz ki, ananın və əkizlərin vəziyyətinin yaxşı olmasıdır.
Baş həkimin müavini Feyzulla Qasımov: \”Bu gün İrina Makarova və 2 körpəsi evə buraxıldılar. Xəstə və xəstənin qohumları klinikamızın həkimlərindən və tibbi personaldan razılıqlarını bildirdilər. Onlar ginekoloq Alik Qurbanov, cərrah Rəşad Cəfərov, anestezioloq-reanimatoloq Kamal Quliyevə minnətdarlıqlarını bildirdilər. Bu gün bizi sevindirən odur ki, İrina Makarova sağ-salamat ailəsinə qayıdır. Saytlar məlumatları dəqiqləşdirmədən yazı yazmasınlar. Hər hansı bir məlumat almaq istədikdə mənimlə əlaqə saxlaya bilərlər. Biz ictimaiyyətə ən açıq olan klinikalardanıq\”.
Nataliya Makarova
Xəstə İrina Polikarpova(Makarova)-nın bacısı Nataliya Makarova da açıqlamasında bacısının səhhətinin yaxşı olduğunu və heç bir şikayətləri olmadığını deyib: \”Biz ailəlikcə hər şeydən məmnunuq. Sevinirəm ki, bacımın və övladlarının durumu düzəlib. Bu günlər ərzində hər an bizim yanımızda olan və bizə dəstək verən \”Baku Medical Plaza\”nın həkimlərinə və bütün heyətinə təşəkkür edirik\”.
Xatırladaq ki, \”Baku Medical Plaza\” klinikasında 1 iyun tarixində saat 7-də paytaxt sakini İrina Makarova qeysəriyyə əməliyyatı keçirib. Əməliyyatı \”HB Güven Klinikası\”nın həkimi Öndər Tulumbacı keçirib.(qafqazinfo)
İnterpress.az