OpenAI-dən riyaziyyatda TARİXİ NƏTİCƏ: “Minilliyin problemləri”ndən birinə HƏLL TAPDIbackend

OpenAI-dən riyaziyyatda TARİXİ NƏTİCƏ: “Minilliyin problemləri”ndən birinə HƏLL TAPDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

OpenAI modeli “Minilliyin problemləri”ndən biri olan Navye-Stoks probleminə həll təklif edib

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

OpenAI-nin daxili sistemi riyaziyyatın yeddi “Minilliyin problemi”ndən biri hesab olunan Navye-Stoks probleminə həll təklif edib.

Şirkətin məlumatına görə, sübut üzərində təxminən 10 min süni intellekt agenti işləyib və nəticəyə 88 saata nail olunub.

Daha sonra sübutun Lean sistemində formal yoxlanılması üçün əlavə 17 saat sərf edilib.

Navye-Stoks problemi mayelərin hərəkətini təsvir edən tənliklərin üçölçülü halda müəyyən şərtlər altında hamar həllərinin qorunub-qorunmamasını araşdırır.

OpenAI-nin təqdim etdiyi nəticə tənliklərin həllində sonlu zamanda sinqulyarlığın yarana biləcəyini göstərir.

2000-ci ildə elan edilən yeddi “Minilliyin problemi”nin hər birinin həlli üçün 1 milyon dollar (təxminən 1 milyon 700 min manat) mükafat nəzərdə tutulub.

Bu problemlərdən daha əvvəl yalnız Puankare fərziyyəsi həll edilmişdi. Onu rusiyalı riyaziyyatçı Qriqori Perelman sübut edib.

Xuraman Etibarlı

İnterpress.az