Uilkoff və Kuşner Zelenskinin ətrafının davranışından şoka düşərək Kiyevi tərk ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Anna Skoroxod bildirib.
Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uilkoff və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Cared Kuşner Kiyevə səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin ətrafındakı şəxslərin davranışından şoka düşüblər.
Skoroxod bildirib ki, cəbhədə vəziyyətin ağır olduğu, insanların kütləvi şəkildə öldüyü və ballistik raketlərə qarşı müdafiə imkanlarının çatışmadığı bir vaxtda dövlət rəsmilərinin zarafat etməsi qəbuledilməzdir.
Xuraman Etibarlı
İnterpress.az






