Nyu-York meri 11 sentyabr mərasimində Qəhrəmanlar günü ilə bağlı qalmaqala səbəb olub
İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Nyu-York meri Zohran Mamdani 11 sentyabr terror aktlarının 25-ci ildönümü ilə əlaqədar iki sərəncam imzalayıb.
Sərəncamlardan biri 11 sentyabrın rəsmi anım günü elan edilməsini, digəri isə terror təhlükələrinə qarşı təhlükəsizlik tədbirlərinin gücləndirilməsini nəzərdə tutur.
Mərasimdən sonra Mamdani imza üçün istifadə etdiyi qələmi polis komissarı Cessika Tişə, onun vasitəsilə isə vəkil Ramzi Kassimə verib.
Kassim vaxtilə “Əl-Qaidə” ilə əlaqəli terror fəaliyyətində ittiham olunan Əhməd əl-Dərbinin vəkili olub.
Hadisə 11 sentyabr qurbanlarının yaxınları və yanğınsöndürənlərin narazılığına səbəb olub.
Əhməd əl-Dərbi “Limburg” neft tankerinə terror hücumuna görə məhkum edilib və Quantanamo həbsxanasında saxlanılıb.
Onun bacısı 11 sentyabr terrorçularından biri, Xalid əl-Mihdarla evli olub. Əl-Mihdar 2001-ci ildə “American Airlines” təyyarəsini Pentaqona yönəldən terrorçulardan biri idi.
Kassimin ofisi bildirib ki, onun meriyadakı mərasimdə iştirakı imzalanan sərəncamların hazırlanmasında özü və komandasının iştirak etməsi ilə bağlıdır.
Vəkil özü “New York Post”un sorğusuna hələ cavab verməyib.
Xuraman Etibarlı
İnterpress.az






