Salyanın baş həkimi uşaqları niyə öldürdü?backend

Salyanın baş həkimi uşaqları niyə öldürdü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlər Salyan Mərkəzi Xəstəxanasında yaşananlar bağlı yeni-yeni məlumatlar ortaya çıxmağa başlayıb.

Belə vəziyyətin yaranması heç də səbəbsiz deyil. Çünki faktiki olaraq sözügedən xəstəxanada müalicə və müayinə pulsuz deyil, şübhəli maliyyə əməliyyatları aparılır, qeyri-leqal pul yığımları həyata keçirilir. Təbii ki, bütün bunlar da baş həkimi cəncələ salmağa başlayıb.

Bildirək ki, baş həkim Hüseynağa Həsənovun haqqında yayılan məlumatların bir çoxu, xüsusən də külli miqdarda borcu olmasına dair xəbərlər isə məqsədli şəkildə gündəmə gətirilib. Bu addımın atılmasının səbəbi Salyan rayonunu yeni icra başçısı təyin olunmuş Sevindik Hətəmovun nəzərindən yayınmaqdır. Yəni, «məzlum» görkəmi alıb, özünü təmizə çıxarmaq cəhdindən başqa bir şey deyil.

Qeyd edək ki, baş həkim Hüseynağa Həsənov keçmiş icra başçısı Tahir Kərimovun əleyhinə danışanlar arasında artıq liderliyi ələ alıb. Lakin bu şəxs keçmiş icra başçısının dönəmində onun humanistliyindən istifadə edərək, külli miqdarda sərvətə malik olub. Buna misal olaraq, təkcə ötən il həyata keçirilmiş şübhəli maliyyə əməliyyatlarının 1 milyon manata qədər artmasını göstərmək olar. Və çox maraqlıdır ki, baş həkim bütün bu işləri müxtəlif MMC-lər vasitəsiylə reallaşdırıb.

Hüseynağa Həsənov Mərkəzi Xəstəxana üçün büdcə vəsaitləri hesabına alınmış müxtəlif inventar və digər mal və materialları Salayana qədər «gətirib çıxara» bilməyib. Daha doğrusu, adları sadalananlar elə Şirvan şəhərindəcə «yoxa çıxıb». Bu azmış kimi, baş həkim sənəd üzərində çoxlu sayda təmir-bərpa işləri «həyata keçirib» ki, onları «gördüm» deyən yoxdur.

Aldığımız məlumata görə, Salyanın baş həkimi yuxarılar tərəfindən töhmət alsa da, onu müvəqqəti olaraq möhlət hüququ verilib. Amma Həsənov yuxarıların gözündə yaxşı görünmək üçün elə bir üsul fikirləşib ki, heç fil oğlu filin də ağlına gəlməz. Əldə etdiyimiz bilgilərdə vurğulanır ki, baş həkim Milli Orduya xüsusi görkəmli 5 ədəd «Niva» markalı avtomobil bağışlamaq qərarına gəlib. Düzdür, həmin avtomobilləri şəxsi pulu hesabına almaq fikri yoxdur. Elə bu səbəbdəndir ki, baş həkim hər gün Salyan Mərkəzi Xəstəxanasına daxil olan xəstələrin qeydiyyat dəftərçəsini nəzərdən keçirir, yığılan pulları təftiş edir və yekunda hesablama aparıb, toplanmış vəsaitləri götürür.

Salyanın baş həkimi uşaqları niyə öldürdü?

Qeyd edək ki, «Niva» markalı avtomobillərin faktiki satış qiyməti 12 min manatdan başlayır. Belə başa düşülür ki, Hüseynağa Həsənov 5 maşın üçün 60 min manat pul ödəməlidir. Təbii ki, bu məbləğ baş həkim üçün çox kiçik rəqəmdir. Çünki onun həyata keçirdiyi əməliyyatlardakı sıfırların sayı xeyli çox olur. Düzdür, baş həkimin atdığı addım təqdirəlayiqdir. Onun cəmiyyətə faydası olmasa da, heç olmasa Ordumuza bir xeyri toxunsun.

P.S. Bu əsnada onu da bildirək ki, Hüseynağa Həsənov Salyanda işləsə də, Şirvanda yaşayır və hər gün işə elə həmin şəhərdən gedib gəlir. Bunun üçün nə şəxsi, nə də xidməti maşınından istifadə edir. Belə ki, onun xəstəxanaya aid ambulans maşınla işə gedib, gəldiyi deyilir.(jam.az)
Qarşı tərəfi də dinləməyə hazırıq.

İnterpress.az