Bunu İnterpress.az-a açıqlamasında Mədəniyyət və Turizm Naziriliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.
V. Şıxməmmədov bildirir ki, bununla bağlı həm nazirlik həm də müxtəlif turizm asossasiyaları müvafiq işlər aparırlar: \”Yaxın zamanlarda vətəndaşlar büdcələrinə uyğun mehanxanaların siyahısı ilə tanış ola biləcəklər. Bununla bağlı cəmiyyətə məlumat ötürəcəyik. Bundan başqa, mehmanxanalarda qiymətlərdən söz açan şöbə müdiri bildirir ki, bu məsələni təlabata uyğun olaraq bazar özü formalaşdırır. Nazirlik olaraq sahibkarlara müdaxilə etməkdə, qiymətlərlə bağlı göstəriş verməyə səlahiyətimiz çatmır. Dövlət sahibkarlıq mühitinin formalaşdırması, sadələşdirilməsi, bir sözlə yaxşılaşdırılması istiqamətində işlər görür, uyğun sərəncamlar imzalayır”.
Daha sonra, sağlamlıq turizmin uğurlarından söz açan şöbə müdiri əlavə etdi ki, bu növ turizm müəssisələrinin ölkədən kənarda təbliğatı aparılır: “Xarici telekanallarda ölkədə fəaliyyətdə olan “Naftalan”, “Duzdağ”, “Qalaaltı” kimi sağlamlıq mərkəzlərinin reklamları yerləşdirilir. Bu istiqamətdə nazirliyin həyata keçirdiyi ən böyük beynəlxalq layihədən biri də “Qalaaltı”nın Avropa Tarixi Terminal Şəhərləri Asossasiyasına seçilməsi oldu. Layihə çərçivəsində “Qalaaltı”ya yaxın müddətdə turistlərin gəlişi gözlənilir. 2018-ci ildə Avropa Tarixi Terminal Şəhərləri Asossasiyasına baş konfransının “Qalaatı”da keçirilməsilə bağlı artıq razılıq əldə edilib. Bu sahədə də işlər davam etdirilir. Son zamanlar isə Azərbaycanın sağlamlıq turizmi Rusiya, MDB ölkələrindən- Qazaxıstan, İran körfəzi hissələrindən olan turistlərin maraq dairəsindədir”.
Yeni yaradılacaq sağlamlıq mərkəzlərindən danışan V. Şıxməmmədov vurğulayıb ki, Azərbaycanda bu sahədə sinfastruktur layihələri çox sürətlə inkişaf edir: “Buna bariz nümunə olaraq tikilən mehmanxanalarda spa sağlamlıq xidmətlərini qeyd etmək olar. Bu xidmətlərin yaradılması sahibkarların da diqqətindədir. Bunun üçündə lazmi şəraiti yaradırlar”.
Gülşanə Mustafayeva
Interpress.az