Peterburqda oğul öldürdüyü anasının meyitini mənzildə dondurucuda gizlədib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Sankt-Peterburqun Leninski prospektində yaşayan yetkin yaşlı kişi öldürdüyü anasının meyitini yaşadıqları mənzildə ayrıca dondurucu kamerada gizlədib.
Şübhəli şəxs küçədə patrul əməkdaşlarına yaxınlaşaraq törətdiyi cinayəti etiraf edib.
Mənzildə aparılan baxış zamanı onun dedikləri təsdiqlənib və qadının meyiti dondurucuda aşkarlanıb.
Kişi saxlanılıb. Onun psixonevroloji dispanserdə qeydiyyatda olduğu və daha əvvəl qətl işi üzrə müalicə aldığı bildirilib.
İstintaq orqanları kompleks ekspertizalar, o cümlədən psixiatrik ekspertiza təyin edib. Faktla bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az






