Polşa Latviyada seçkilər ərəfəsində Rusiyanın mümkün təxribatları barədə xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat yayıb.
Nazirin sözlərinə görə, Mərkəzi və Şərqi Avropada Rusiyanın hibrid təxribatlarının sayı artır və bu fəaliyyətlər region ölkələrində keçiriləcək seçkilərlə əlaqəli ola bilər.
Kosinyak-Kamış oktyabrın 3-də Latviyada keçiriləcək parlament seçkilərinə xüsusi diqqət yetirməyə çağırıb və bu dövrü “çox mühüm məqam” adlandırıb.
O, Rusiyanın təxribatlar, o cümlədən diversiya və yanğın törətmək üçün internet vasitəsilə cəlb edilmiş şəxslərdən istifadə edə biləcəyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az






