Qazaxıstan ilin əvvəlindən 145 radikal fikir tərəfdarı olan əcnəbini ölkədən çıxarıb.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlərinin Astanada keçirilən görüşündə məlumat verib.
Bildirilib ki, 2026-cı ilin əvvəlindən Qazaxıstan Daxili İşlər Nazirliyi radikal ideyalara bağlı 145 əcnəbini saxlayaraq ölkədən deportasiya edib.
Transmilli cinayətkarlıq, ekstremizm, terrorizm və kibercinayətkarlığa qarşı mübarizə çərçivəsində Qazaxıstanın müraciəti əsasında Bakıda dini radikal saxlanılıb.
Özbəkistanda terrorizmi təbliğ etməkdə və mütəşəkkil cinayətkar qrupda iştirakda axtarılan şəxs, Qırğızıstanda isə sosial ayrı-seçkilik yaratmaqda ittiham olunan şəxs tutulub.
Sadenov cinayətkar qrupların getdikcə daha çox bir neçə ölkədə fəaliyyət göstərdiyini vurğulayıb və hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin, eləcə də operativ məlumat mübadiləsinin əhəmiyyətini qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az






