Çində baş verən yük maşını qəzasından sonra yolda 300 kisə düyü qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Çində yük maşınının iştirakı ilə baş verən qəza nəticəsində təxminən 300 kisə düyü yola səpilib.
Güclü yağışa baxmayaraq, yoldan keçən insanlar və yol polisi əməkdaşları sürücüyə kömək etmək üçün dayanaraq düyüləri toplamağa başlayıblar.
Birgə səylər nəticəsində yük qısa müddətdə yoldan yığışdırılıb və itkilərin minimuma endirilməsinə nail olunub.
Xuraman Etibarlı
İnterpress.az






