12 il kor yaşadıqdan sonra rejissor Burning Man festivalını ilk dəfə öz gözləri ilə görüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rejissor Ruslan Vitryanyuk 2011-ci ildə insult keçirdikdən sonra görmə qabiliyyətini itirib. O, buna baxmayaraq “Dağın dibindən” adlı paralimpiyaçı haqqında idman dramı üzərində işini davam etdirib.
2017-ci ildə Ruslan yaxın dostu ilə Burning Man festivalına gedib. Səhrada bir-birlərini itirməmək üçün dostu ilə qandallanaraq hərəkət edib və dostu ətrafda baş verənləri ona təsvir edib.
2018-ci ildə rejissor eksperimental müalicə üçün Çinə gedib. Üç il ərzində 19 əməliyyat keçirib və 2021-ci ildə görmə qabiliyyəti tədricən bərpa olunmağa başlayıb.
2026-cı ildə Ruslan yenidən Burning Man festivalına qatılıb. Bu dəfə o, uzun illər yalnız eşitdiyi festivalı ilk dəfə öz gözləri ilə görə bilib.
Xuraman Etibarlı
İnterpress.az






