İsrail Suriyada ukraynalı dron mütəxəssislərinə qarşı mümkün zərbələri planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Ordusu və Mossad Suriya ilə Ukrayna arasında pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıqdan narahatdır.
Bildirilir ki, İsrail tərəfi mümkün əməkdaşlığın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər, o cümlədən Suriyada ukraynalı dron mütəxəssislərinə zərbələr endirilməsini nəzərdən keçirir.
Məlumata görə, Kiyev və Dəməşq arasında əldə olunan razılaşmalar çərçivəsində ukraynalı mütəxəssislərin Dəməşq və Həma əyalətinin Masyaf şəhəri yaxınlığındakı düşərgələrdə suriyalı hərbçilərə dronlardan istifadə təcrübəsini öyrətməsi planlaşdırılıb.
İsrail və Suriya arasında yerləşən Colan təpələri ərazisində iki ölkənin hərbçiləri arasında mütəmadi insidentlərin baş verdiyi bildirilir.
Suriya-Ukrayna danışıqlarının Türkiyənin vasitəçiliyi ilə aparılması da İsrailin narahatlığını artıran amillərdən biri kimi göstərilir.
Sentyabrın 10-da İsrailin Ankaradakı yeni səfiri Yoel Lion Türkiyəyə gəlib. O, daha əvvəl İsrailin Ukraynadakı səfiri olub.
Xuraman Etibarlı
İnterpress.az






