Məlumata görə, iyunun 21-nə keçən gecə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan Vahid Məmmədovun evindən pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərilib.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Ruslan Hüseynov tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun qardaşı Ələkbər, Bakı şəhər sakinləri Əliyusif Fərəcov, Əlvan Zeynalov və Orxanla Zeynalovla birlikdə mayın 9-dan iyunun 20-dək olan müddətdə vətəndaşlar K. Əliyev, Ş. Məmmədzadə və N. Bağırova məxus pul və qızıl əşyaları, habelə iyunun 16-da Məhəmməd Bədəlovun evindən 350 manat və 100 ABŞ dolları pul oğurladıqları da müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə. Hüseynov, Ə. Fərəcov, Ə. Zeynalov və O. Zeynalov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (musavat)
İnterpress.az