Xədicə İsmayıl cərimə ödəməkdən azad edildibackend

Xədicə İsmayıl cərimə ödəməkdən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə vəkil Yalçın İmanov məlumat verib. Vəkil bildirib ki, X.İsmayılova 2500 manat həcmində cəriməni ödəməkdən azad edilib. Xatırladaq ki, E.Türkoğlu X.İsmayılı onun şərəf və ləyaqətini təhqir edib böhtan atdığı iddiası ilə məhkəməyə müraciət etmişdi.

2015-ci il fevralın 23-də Binəqədi məhkəməsi jurnalisti cərimələyib. O vaxta qədər X.İsmayıl artıq başqa ittihamla həbsdə olub. Mayın 25-də Ali Məhkəmə onun real həbs müddətini şərti cəza ilə əvəzləyib.

İyunun 21-də Binəqədi Rayon Məhkəməsinin məhkəmə qərarlarının icrası şöbəsində X.İsmayılın amnistiyaya düşməsi barədə sənədi ona təqdim ediblər.
Buna baxmayaraq, jurnalist bəraət almaq niyyətindədir. X.İsmayılın kassasiya şikayətinə iyunun 28-də Ali Məhkəmədə baxılacaq. (musavat)

İnterpress.az