Çavuşoğlu Türkiyənin Yaxın Şərq fəlsəfəsini açıqladıbackend

Çavuşoğlu Türkiyənin Yaxın Şərq fəlsəfəsini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər Naziri Mevlüt Çavuşoğlu Şimal Kıprız Türk Cümhuriyyəti Xarici işlər Naziri Təhsin Ertuğuruloğlu ilə heyyətlərarası görüşlərdən sonra təşkil olunan mətbuat konfransında sualları cavablayarkən deyib.

Çavuşoğlu İsraillə münasibətlərin stabilləşməsindən danışarkən bildirib ki, Türkiyənin iki şərtinə əməl edilməsi üçün görüşlər davam etdirilir.

Bununla bağlı görüşlərin bundan sonrada davam edəcəyini deyən Çavuşoğlu, şərtlərinin son dərəcə önəmli olduğunu bildirib:
\”Bu şərtlərə əməl olunduğu zaman münasibətlər normallaşa bilər. Səfirlərimizi geri qaytarıb addımlar ata bilərik. Qəzza üzərində ki, embarqoları da götürmək lazımdır. Buradakı fələstinli qardaşlarımız son dərəcə ağır şərtlər atında yaşayırlar.

Yardımları problemisz bir formada Qəzza və Fələstinə çatdırımaq lazımdır. Bütün bunları detallı şəkildə müzakirə edirik. Qarşıdakı ilk görüşlərdə razılığa gəlib-gəlməyəcəyimiz İsrailin atacağı addımdan aslıdır.

Hamasla bağlı bir problemimizin olduğunu düşünmürəm. Bizim Hamasla münasibələrimiz gizli olmayıb. Bir tərəfdəndən də Yaxın Şərqdə sülhü bərpa etməyə çalışırıq. İsraillə münasibətlərin pozulmasına görə, bunu bərpa edə bilmirik. Amma Həmas olmadan daimi bir barışığın olmayacağını İsaril də qəbul edir. Bir sözlə, əgər bundan sonra da Həmas Əl-Fətih ilə Fələstin arasında sülh və əmin amanlığın bərpasına çalışacaqsa, biz də Yaxın Şərqdə əmin –amanlığı bərpa etmək naminə Həmasla münasibətlərimizi davam etdirəcəyik.
İlk təmasa girdiyimiz zaman qarşılıq verən ölkələr bizim nə etmək istədiyimizi İsrailda daxil başa düşürlər.. Bir sözlə İsraillə münasibətlərin sabitləşməsi üçün Həmas deyilən bir şərt yoxdur və olmayacaq da\”.

Gülşanə Mustafayeva
İnterpress.az