“Bizim gəldiyimiz nəticə budur ki, Rusiya qoşunları NATO qüvvələrindən daha tez Tallinə, Riqaya və Vilnüsə çatacaq”-general Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, “Anakonda” təlimləri göstərdi ki, NATO sürət məsələsində Rusiyaya uduzur.
“Rusiya bizim köməyə yetişməyizdən daha əvvəl Baltik ölkələrini tutacaq”-Ben Hodces bildirib. General “Rand Corporation” şirkətinin hərbi analitiklərinin Rusiyanın Baltik ölkələrini tutmaq üçün cəmi 36-60 saat vaxt lazım olacağı barədə qənaətlərini bölüşdüyünü deyib. Onun sözlərin görə, hərbi təlimlər göstərib ki, ağır hərbi texnikanı Qərbi Avropadan Şərqi Avropaya tez daşımaq mümkün deyil. Üstəlik radoəlaqə, məlumatların elektron poçtla göndərilməsi etibarlı hesab edilə bilməz. “Mən burada smartfonumla nəsə yazıram, başqa kimlərsə onu oxuyur”-general deyib. (musavat)
İnterpress.az