Türkiyə mətbuatından verilən xəbərə görə, müğənni kəsdiyi pomidorun içindən “Allah” sözünə bənzər yazı ilə qarşılaşıb. İbrahim Tatlısəs qarşılaşdığı sürprizin fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. Məşhur sənətçi fotonun altından bu cür şərh yazıb:
“Qurban olduğum, pomidoru kəsdik içindən Allah yazısı çıxdı. İndi gəl inanma tam cəhənnəmlik ol. Allah daim yanımızdadır və olacaq da! Nə zaman kimə pislik etmişik, yaxşılıqdan başqa…
Pomidorun tumunda belə Allah yazırsa… Qaya parçasını bölürsən qurdun ağzında yaşıl bir yarpaq olur. Orda belə qurdu ac buraxmır… Allah vermişsə boğazı, ac qoymaz… Ey insan oğlu, sən rahat ol… Allah hər daim yanımızdadır”. (musavat)
İnterpress.az