Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Rayonun Polis İdarəsindən verilən məlumata görə, Liman-Nərimanabad yolu istiqamətində hərəkətdə olan Cəlilabad rayon sakini, 1996-cı il Yavər Şahin oğlu Hüseynov idarə etdiyi “VAZ 21011” markalı 10- CZ- 463 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qarşıdan gələn Biləsuvar sakini 1996-cı il təvəllüdlü Mirxan Namiq oğlu Mirzəyevin idarə etdiyi 15- BX- 967 dövlət nömrə nişanlı “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində hər iki sürücü və sərnişinlər- 1993-cü il təvəllüdlü Orxan Elşad oğlu Abdulov, 1992-ci il təvəllüdlü Nurlan Əlihüseyn oğlu Məmmədov və Cəlilabad rayon sakini İsmayıl Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Yaralılardan 4 nəfərin vəziyyəti orta ağırdır. 20 yaşlı Mirxan Namiq oğlu Mirzəyevin vəziyyəti isə ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Lənkəran Rayon Polis İdarəsində araşdırma aparılır.
Ötən gün də Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Gəndob- Yalama yolunun 33-cü kilometrliyində \”Mercedes\” və \”Lada Priora\” markalı avtomobillər toqquşub. \”Lada Priora\”nın sükanı arxasında olan 26 yaşlı Toğrul Məhərrəmov içkili halda yolun əks hərəkətli hissəsinə çıxıb və Xudat istiqamətində hərəkətdə olan Şəmkir rayon sakini, 36 yaşlı Tural Qəmbərovun idarə etdiyi \”Mercedes\”lə toqquşub.
Zərbənin gücündən \”Priora\” yol kənarındakı ağaca çırpılıb. Sürücü isə yerindəcə həyatını itirib. \”Mercedes\”in sükanı arxasında olan T.Qəmbərov isə yaralı halda xəstəxanaya çatdırılıb. (ans)
İnterpress.az