Bu məsələni jurnlaist Aynur Qurbanqızı profilində paylaşıb. Bundan sonra gənc oğlan jurnalisti təhdid edib, onu balasını öldürməklə təhdid edib.
Aynur Qurbanqızı bu barədə belə qeyd edib:
\”Axmaq camaatın qızının yatağında çəkdiyi yarıçılpaq şəkillərini profilində paylaşır nə Allahdan qorxur, nə bəndədən. Mən anonim profilimdə status paylaşmışam ki, belə manyaklardan qızlar özünü qorusun, indi məni şantaj edir. Bah atonnan, çox şərəfli imiş.
Qadınları alçaldan kişilər şərəfdən danışmasın. Və sizin kimilər də məni qorxudub yolumdan çəkindirsəydi, adım Aynur olmazdı… Anasının qədrini bilən oğlan digər qadınlara əxlaqsız kimi baxmaz\”.
İnterpress.az