11-ci sinif şagirdi məktəbdə 3-cü mərtəbədən YIXILDIbackend

11-ci sinif şagirdi məktəbdə 3-cü mərtəbədən YIXILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulan-Udedə 11-ci sinif şagirdi məktəbin üçüncü mərtəbəsindən yıxılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Buryatiya Prokurorluğu məlumat yayıb.

Ulan-Udedə məktəblərdən birində 11-ci sinif şagirdi üçüncü mərtəbənin pəncərəsindən yıxılıb.

Qız müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilir.

Hadisə ilə bağlı şəhərin Oktyabr rayon prokurorluğu tərəfindən araşdırma başladılıb.

Yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması ilə bağlı qanunvericiliyə əməl olunması yoxlanılır.

Buryatiya üzrə DİN-in əməkdaşları da hadisə ilə bağlı araşdırma aparır. Yoxlamanın nəticəsindən sonra hüquqi qərar qəbul ediləcək.

Xuraman Etibarlı

İnterpress.az