“Sonic” filminin UĞURU: Məşhur franşizanı tam bağlanmaqdan XİLAS ETDİbackend

“Sonic” filminin UĞURU: Məşhur franşizanı tam bağlanmaqdan XİLAS ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sonic” haqqında ilk film bütün franşizanı bağlanmaqdan xilas edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

“Sonic Team” studiyasının rəhbəri Takasi İidzukanın sözlərinə görə, filmin nümayişindən əvvəl rəhbərlik franşizanın tamamilə bağlanmasını dəfələrlə müzakirə edib. İidzuka layihəni mümkün qədər uzun müddət qoruyub saxlamaq üçün böyük mübarizə aparmalı olub.

İlk təqdim edilən dizayna olan mənfi reaksiyalardan sonra “Sonic”in görünüşü premyeraya qədər düzəldilib.

Film böyük kommersiya uğuru qazanaraq tənqidçilərin müsbət rəylərini toplayıb və nəticədə bütöv bir franşizanın təməlini qoyub.

Xuraman Etibarlı

İnterpress.az