Ərdoğan Erol Evgini təhqir etdibackend

Ərdoğan Erol Evgini təhqir etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sənətçi Erol Evginin Balçiçek İltere verdiyi müsahibəsi sosial mediaya bomba kimi düşdü. Evginin demokrat olması ilə bağlı ifadələri izləyicilərinin marağına səbəb olub.
İnterpress.az Erol Evginin paylaşımını təqdim edir:
“Belə başa düşürəm ki, inkişaf etmiş ölkələrin azadlığı bizə qəribə gəlir. Bir modelyer xanım “Dağdakı çobanla mənim səsim eynimi olacaq?- demişdir.
Belə bir tanıtım etmək xoş deyil. Amma düşünürəm ki, oxumaq, yazmaq bilməyən seçici bacımızla, anamızla üç universitet bitirmiş birinin eyni səs haqqına malik olması heç də ədalətli deyil. Mən bunu ədalətli hesab etmirəm. Qoy savadsız bacımız kəndxudanı seçsin, təhsilli bacımız isə bələdiyyə sədrini seçsin\”

Haqqında deyilən iradlardan sonra Erol Evgin mətbuata açıqlama verib. Verdiyi açıqlamanın hər kəsin oxumasını xahiş edib:

\”Bu açıqlamamda ədalət və bərabərlik anlayışları bir- birinə qarışmış ola bilər. Mənim ədalət, bərabərlik və demokratiya tərəfdarı olduğumu hər kəs bilir. Rəhmətlik Vehbi Koçun məşhur sözləri mənim üçün qanundur: “Dövlətim və ölkəm var olduqca mən də var olacam. Demokratiya varsa hamımız var olacağıq”.

Xatırladaq ki, sənətçi Erol Evgin Balçiçek İlterə verdiyi müsahibəsinə prezident Ərdoğan da dünən İstanbulda Fateh Sultan Mehmet Vaqif Universitetində çıxışı zamanı münasibət bildirib. Əslində Ərdoğanın Erola çox qəzəbləndiyi bəlli olub. Ərdoğan, Evginin adını çəkməsə də onu təhqir edib: \”Bunlar necə insanlardır. Sən sənətkar olsan nə olacaq, professor olsan nə olacaq, dosent olsan nə olacaq? Öncə millətə hörmət etməlisən, hörmət, bu millətin heç birini kiçiltmək olmaz\”-deyə onun ünvanına sərt ismarıclar göndərib.

Gülşanə Mustafayeva
İnterpress.az