İtkin düşən gəlinin atası: `Əri qızımı hər gün döyürdübackend

İtkin düşən gəlinin atası: `Əri qızımı hər gün döyürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, Tovuzun Əlimərdanlı kəndində doğulan A.Quliyeva 6 il əvvəl rayonun Aşağı Öysüzlü kəndinə gəlin köçüb. İtkin düşən gəlinin 2 övladı var.

Hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən axtarış aparılır.

A.Quliyevanın atası Məzahir Quliyev bildirib ki, qızının itkin düşməsində günah onun həyat yoldaşı və qayınanasındadır.

“Qızımın əri və qayınanası onu çox incidirdi. Yazıq qıza gün verib, işıq vermirdlər. Aytəkin bundan öncə də 3-4 dəfə evdən qaçmışdı. Bir neçə dəfə mən özüm onu evimizə gətirmişəm. Həyat yoldaşı onu tez-tez döyürdü. Aytəkinin itkin düşməsinə səbəb onlardır. Qızım günorta saat 12-də evdən qaçıb. Neçə gündür, Aytəkindən xəbər ala bilmirik. Bütün rayonu, kəndləri axtarmışıq, heç kim onu görməyib.

Qonşuların dediyinə görə, əri hər gün Aytəkini döyüb. Bütün bu işlərin arxasında qayınanası durur. O, özünü şahzadə kimi aparır. Deyir ki, mənim bütün sözlərim əmrdir. Qızımın həyatını məhv etdilər. Onun iki balaca övladı var. Bəlkə də Aytəkin haradasa intihar edib”. (azvision.az)

İnterpress.az