Tomskda xarici vətəndaş maçete ilə insanlara hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Tomskda gecə saatlarında Aджамба adlı xarici vətəndaş küçədə sevgilisini döyüb, daha sonra müdaxilə etməyə çalışan yoldan keçən şəxsi maçete ilə vurub.
Məlumata görə, xarici vətəndaş Rusiyaya 2024-cü ilin aprelində daxil olub.
2026-cı ilin aprelində yaşayış ünvanını dəyişsə də, miqrasiya qeydiyyatına düşməyib. Buna görə inzibati məsuliyyətə cəlb olunaraq məcburi ölkədən çıxarılma qərarı verilib.
O, xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzinə yerləşdirilib, daha sonra Moskvaya aparılıb.
Oradan Əddis-Əbəbəyə, daha sonra isə Laqosa uçub.
Xuraman Etibarlı
İnterpress.az






