Türkiyədə 37 nəfərin yaralanması ilə nəticələnən ağır nəqliyyat hadisəsi baş verib. Məlumata görə, hadisə Samsunda baş verib. İzmirdən Hopaya gedən avtobusun idarəertməni itirərək yoldan çıxması ağır qəza ilə nəticələnib.
Samsun-Ankara yolunun Adalar yol qovşağında dirəyə çırpıldıqdan sonra qəzaya uğrayıb.
Hadisə yerinə Türkiyə Fövqalədə Hallar Nazirliyinin əməkdaşları, təcili tibbi yardım briqadası cəl edilib.
Bütün yaralılar xəstəxanaya çatdırılıb.
Qəza səbəbi ilə Samsun-Ankara yolu bir müddətlik bağlanıb. (ans)
İnterpress.az