Tovuzda bacısının başını kəsən qardaş danışdıbackend

Tovuzda bacısının başını kəsən qardaş danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Əsrik çayının Tovuzun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində meyiti tapılan 1999-cu il təvəllüdlü Günay Gülməmmədovanın qardaşı – 1994-cü il təvəllüdlü Ruslan Gülməmmədov tərəfindən öldürüldüyü məlum olub.

Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir. Belə ki, şübhəli şəxs qismində saxlanılan Ruslan istintaqa ilkin ifadəsində bacısının boğazını kəsdiyini və qarın nahiyəsindən bıçaq zərbəsi endirdiyini bildirib və qətlin səbəbini də açıqlayıb.

“Bacımı qısqanclıq zəminində öldürmüşəm. Bir neçə dəfə onun telefonla danışdığını aşkarlamışam və xəbərdarlıq etmişəm. Lakin Günay bu xəbərdarlıqlara məhəl qoymadı. Hadisə baş verən gün günorta saatlarında Günay evimizin yaxınlığından keçən Əsrik çayının sahilinə getdi. Mən də onun ardınca getdim və onu öldürdüm”, – deyə saxlanılan şəxs bildirib.

Qətl hadisəsi iyunun 19-da baş verib. Axşam saatlarında Aşağı Quşçu kəndi yaxınlığında olan körpünün yaxınlığında naməlum qadın meyiti tapılıb. Aparılan araşdırmalar nəticəsində öldürülən qadının 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədova olduğu məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə işi başlanılıb.

Gənc qızın meyiti Əsrik çayının üzərindəki körpünün altına atılıb.
Onun anası bir müddət əvvəl vəfat etdikdən sonra taksi sürücüsü olan atası başqa qadınla ailə qurub.(ans)

İnterpress.az