Bu məlumatı Antiterror əməliyyatları üzrə prezident administrasiyasının spikeri Aleksandr Motuzyanik verib.
Onun sözlərinə görə, əməliyyat bölgəsində vəziyyət kəskinləşib, ukraynalı döyüşçülərin mövqeləri istiqamətində 300 mina və 160 artilleriya mərmisi atılıb.
“Bu gün əminliklə demək olar ki, atəş intensivliyi 2015-ci ilin avqustunda olduğu kimidir”, – spiker bildirib.
O əlavə edib ki, Luqansk istiqamətində atəşkəs yalnız Popasnyansk rayonunda qeydə alınıb.
Ən gərgin vəziyyət isə Donetsk istiqamətindədir. Burada qarşı tərəf Zaytsevo yaşayış məntəqəsindən Donetsk hava limanına qədər olan ərazilərdən atəş açıb. Zərbələrin əsasən sutkanın qaranlıq vaxtı vurulduğu bildirilir. (virtualaz.org)
İnterpress.az