Bakıda mənzildən on minlərlə manat dəyərində qızıl-zinət aşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də Bakı şəhər sakini Əli Məmmədovun evindən 25.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən 14 yaşlı qohumu tutulub.
Faktla bağlı araşdırma aparılır. (ans)
İnterpress.az