Erməni deputat azərbaycanlı hərbçinin ekstradisiyasına QARŞI ÇIXDIbackend

Erməni deputat azərbaycanlı hərbçinin ekstradisiyasına QARŞI ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda deputat parlamentdəki insidentdən sonra Nəsimi Musayevin Azərbaycana verilməməsini tələb edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

“Azad Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan parlamentdəki qarşıdurma ilə bağlı bildirib ki, belə gərgin vəziyyətlər mühüm məsələlər müzakirə olunarkən yarana bilər və bunun onları qorxutmadığını deyib.

Karapetyan hazırda Şəki kəndinə daxil olaraq erməni qadını yaraladığı bildirilən azərbaycanlı hərbçi Nəsimi Musayevin Azərbaycana təhvil verilməsinin qarşısının alınmasını tələb edib.

Onun sözlərinə görə, dövlət azərbaycanlı hərbçinin Azərbaycana ekstradisiya edilməyəcəyini açıq şəkildə bildirməlidir.

Xuraman Etibarlı

İnterpress.az