Fərdi taksi xidməti ilə məşğul olanların Diqqətinə!backend

Fərdi taksi xidməti ilə məşğul olanların Diqqətinə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taksi xidməti göstərən fərdi sahibkarların idarə etdiyi avtonəqliyyat vasitələrində sürücü haqqında məlumat lövhəsi olacaq.

İnterpress.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

\”Sürücünün əyləşdiyi oturacağın arxasında sürücünün ad və soyadı yazılan məlumat lövhəsi quraşdırılacaq. Bundan başqa, məlumat lövhəsində qaynar xəttin nömrəsi də əks olunacaq ki, sərnişinin hər hansı şikayəti olacağı təqdirdə müraciət edə bilsin\”.

Qeyd edə ki,yeni qaydalar Bakı Nəqliyyat Konsepsiyasına uyğun olaraq aparılır.

Gülşanə Mustafayeva
İnterpress.az