Bulvar ərazisində açıq havada rəqs məkanı yenidən fəaliyyətə başlayır. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, nazirliyin yeni layihəsi əsasında Bakı Bulvarında təşkil edilən açıq havada rəqs məkanı 25 iyundan etibarən hər həftəsonu yenidən açılacaq.
Rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə saatlarınadək davam etməsi nəzərdə tutulur.
Tədbirlərdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.
Rəqslər 17-19 iyun 2016-cı tarixində paytaxtımızda keçirilən “Formula 1” Qran Pri yarışı ilə əlaqədar bağlı olması səbəbilə bir müddət keçirilməmişdi. (ans)
İnterpress.az