Ermənistanda müxalifətçi fəal və bloqer Artur Danielyan həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə onun vəkili Tiqran Atanesyan məlumat verib.
Artur Danielyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, “Adekvad” partiyasının həmtəsisçisi və sədri olan Artur Danielyan Cinayət Məcəlləsinin 297-ci maddəsi – xuliqanlıqda ittiham olunur.
Vəkilin sözlərinə görə, sonradan ittihama Milli Təhlükəsizlik Xidməti ilə bağlı “Facebook” paylaşımlarına dair bir neçə epizod da əlavə edilib.
Xuraman Etibarlı
İnterpress.az






