Hindistan səmasında IndiGo təyyarəsini ildırım vurub.
İnterpress.az xəbər verir ki, bu barədə “Times of India” məlumat yayıb.
Hindistan üzərində uçuş həyata keçirən IndiGo aviaşirkətinə məxsus təyyarəni ildırım vurub.
Məlumata görə, hadisə nəticəsində təyyarənin burun hissəsində yerləşən radomda, yəni radar avadanlığını qoruyan örtükdə görünən zədələnmə yaranıb.
Gəmidə 104 sərnişin və altı heyət üzvü olub, xəsarət alan olmayıb.
Xuraman Etibarlı
İnterpress.az






