Rusiyada buddist monastır kompleksində yanğın baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Tuva Respublikasında yerləşən “Ustuu-Xuree” buddist monastır kompleksində yanğın baş verib.
Yanğının Tuva ərazisində Çaqan şəhərindən təxminən 5 kilometr məsafədə yerləşən kompleksdə baş verdiyi bildirilir.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






