Rusiyada 9 yaşlı uşaq sağlamlaşdırıcı fiziki məşğələ zamanı boğularaq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Adıgey Respublikasında uşaq fizioterapiya kursu zamanı bədbəxt hadisə nəticəsində həyatını itirib.
Məlumata görə, proseduru həyata keçirən reabilitasiya terapevti uşağı su ilə doldurulmuş vannada tək qoyub.
Prosedurları həyata keçirən kişinin heç bir tibbi təhsili və ya sertifikatı olmayıb.
O, dərsləri müntəzəm olaraq tədris edir və bunun üçün pul alırdı.
Hadisə ilə bağlı cinayət işi başlanıb. İstintaq orqanları uşağın ölümünün bütün hallarını araşdırır.
Xuraman Etibarlı
İnterpress.az






