Antalyada gənc evlilik tarixi aldıqdan cəmi bir saat sonra dəhşətli qəzada ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Antalya şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib.
Məlumata görə, qəza şəxsin nikah tarixi təyin edildikdən cəmi bir saat sonra baş verib.
Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






