Süni intellekt mahnıları ilə milyonlar qazanan şəxsin hiyləsi ÜZƏ ÇIXDI – HƏBS OLUNDUbackend

Süni intellekt mahnıları ilə milyonlar qazanan şəxsin hiyləsi ÜZƏ ÇIXDI – HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikada kişi süni intellekt mahnılarını botlarla milyonlarla dəfə dinlədib, 8 milyon dollar qazanıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

54 yaşlı Maykl Smit musiqi platformalarında minlərlə saxta hesab yaradaraq süni intellektlə hazırlanmış mahnılarını botlar vasitəsilə gecə-gündüz dinlədib. Nəticədə o, real royalti ödənişləri hesabına 8,09 milyon dollar (təxminən 13,8 milyon manat) gəlir əldə edib.

ABŞ mediasının məlumatına görə, Smit bu sxemi 2017-2024-cü illər ərzində həyata keçirib. Təkcə 2023-cü ilin aprelində onun botları mahnılara 80,9 milyon dinlənmə qazandırıb.

Müqayisə üçün, həmin ay Teylor Sviftin bütün musiqi kataloqu YouTube Music-də ailə abunəlikləri vasitəsilə 9,3 milyon dinlənmə toplayıb.

Məhkəmə Smiti 18 ay müddətinə həbs cəzasına məhkum edib.

O, azadlığa çıxdıqdan sonra daha iki il nəzarətdə olacaq və 8,09 milyon dolları geri ödəməlidir.

Bu qərar ABŞ-də striminq xidmətlərində saxtakarlıqla bağlı ilk federal hökm kimi təqdim olunur.

Xuraman Etibarlı

İnterpress.az