Qadınlar 60 yaşda ana, kişilər 90 yaşda ata ola bilər – Akademikbackend

Qadınlar 60 yaşda ana, kişilər 90 yaşda ata ola bilər – Akademik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qadınlar 60, kişilər isə 90 yaşa qədər valideyn ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib.

Onun bildirib ki, qadınlar 60 yaşa qədər ana, kişilər isə 90 yaşa qədər ata ola bilərlər.

Akademik bu fikri reproduktiv imkanlarla bağlı açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, müasir tibbi imkanlar daha gec yaşlarda da valideyn olmağa şərait yarada bilər.

Bir müddət əvvəl “South China Morning Post” qəzeti Çinli bir qadının 60 yaşında qız, ondan əvvəl isə 58 yaşında oğul dünyaya gətirdiyini bildirmişdi.

Xuraman Etibarlı

İnterpress.az