Tanınmış erməni bloqerin əri xəyanətə görə İNTİHAR ETDİ – FOTOLARbackend

Tanınmış erməni bloqerin əri xəyanətə görə İNTİHAR ETDİ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada erməni bloqer ərinin ölümündən sonra ilk dəfə açıqlama verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Kemerovodan olan bloqer Milena Petrosyanın ailəsində faciə baş verib. Onun həyat yoldaşı Tatul oktyabrın 3-də intihar edib. Onunla vida mərasiminin oktyabrın 5-də keçirilib.

Hadisədən sonra bloqer sosial şəbəkələrdə sərt ittihamlarla üzləşib. Petrosyan isə susmayaraq ona ünvanlanan fikirlərə münasibət bildirib.

O, hazırda ağır yas içində olduğunu və həyat yoldaşının ailəsinə hörmət etdiyi üçün ailədə baş verənlərin bütün təfərrüatlarını açıqlaya bilmədiyini deyib.

Bloqer bildirib ki, baş verənlər barədə insanların yalnız bir tərəfin fikrini eşidərək nəticə çıxarması doğru deyil və ondan bu ağır günləri yaşamaq üçün vaxt istəyib.

Petrosyan həmçinin iki övladı ilə tək qaldığını və uşaqlarına ehtiyacı olduğunu qeyd edərək güclü olmalı olduğunu vurğulayıb.

Sosial şəbəkələrdə yayılan iddialara görə, Tatul Petrosyan həyat yoldaşının xəyanətini bağışlaya bilməyib və Kemerovoda Krasnoye gölü yaxınlığındakı dayanacaqda həyatına son qoyub.

Qeyd edək ki, bloqerin mərhum əri də bloqer idi. Milena son bir ildə bir neçə plastik əməliyyat keçirib və xarici görünüşünün dəyişikliyi ilə müzakirələrə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az