Ukraynalılara yaxın gələcəkdə sülhün mümkün olmayacağı barədə xəbərdarlıq edilib.
İnterpress.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müavini İrina Vereşçuk açıqlayıb.
Vereşçuk ukraynalıları müharibənin yaxın zamanda başa çatacağı gözləntisi ilə yaşamamağa çağırıb.
O bildirib ki, insanlar mövcud reallığı qəbul etməli və həyatlarını buna uyğun qurmalıdırlar.
“Yaxın gələcəkdə sülh olmayacaq. Nə qədər istəsək də, bu reallığı qəbul etməli və həyatımızı buna uyğun qurmalıyıq”, – Vereşçuk bildirib.
Onun sözlərinə görə, sülh gələcəkdə mümkün olacaq, lakin yaxın zamanda baş verməyəcək.
Vereşçuk hazırda ölkənin mübarizəni davam etdirməyə hazırlaşmalı olduğunu qeyd edib.
O, bu fikirləri müharibənin davam etməsini istədiyi üçün deyil, insanlara reallığı çatdırmaq və “illüziyalardan” uzaq durmağa çağırmaq məqsədilə səsləndirdiyini deyib.
Xuraman Etibarlı
İnterpress.az






