Riqada məhkəmə Rusiyaya 43 avro köçürən Latviyanın rusdilli vətəndaşını 6 il həbsə məhkum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Latviyanın rusdilli vətəndaşı Polina Kamleva Rusiyanın ordusunun ehtiyacları üçün 43 avro vəsait köçürdüyünə görə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, Kamleva 2025-ci ilin dekabrında saxlanılıb. O, Rusiya ordusu üçün, o cümlədən pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin alınmasına yönəldiyi bildirilən vəsaitin dolayı yolla köçürülməsində ittiham olunub.
Vəsaitin Kamleva tərəfindən Belarus vətəndaşı olan tanışı vasitəsilə köçürüldüyü qeyd edilir.
Xuraman Etibarlı
İnterpress.az






