Keçmiş ər arvadını və azyaşlı övladını baltalayıb. Hadisə Cəlilabadın Muğan kəndində baş verib.
Kənd sakini İsgəndər Əliyev axşam saatlarında keçmiş həyat yoldaşının evinə gəlib. Üzərindəki balta ilə Şamama Qürbətovaya və 12 yaşlı övladı Səid Əliyevanın baş nahiyyəsindən zərbələr endirib.
Ardınca o böyük oğlu Fəridlə əlbəyaxa olub. Qəzəblənmiş ata 17 yaşlı övladını əllərilə boğmağa çalışsa da, Fərid atasının əlindən xilas olaraq bayıra qaçıb. Evdəki qışqırıq səsinə qonşuların gəldiyini görən İsgəndər Əliyev evdən qaçıb.
Yaralılar qonşular tərəfindən xəstəxanaya çatdırılıblar.
Bir müddət əvvəl də İsgəndər Əliyev böyük oğlu Fəridə bıçaqla xəsarət yetirib.
Hadisənin səbəbinə gəlincə, rəsmi formada arvadından boşanmış İsgəndər Əliyev övladları üçün nəzərdə tutulan alimet pulunu ödəmirmiş. Bu da tərəflər arasında narazılıq yaradıb.
Hazırda polis cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.(admiral.az)
İnterprerss.az