Hərbi xidməti başa vurduqdan sonra inşaat mühəndisi kimi çalışan və fərqli şəhərlərdə işləyən Mercimek şeir yazmaq həvəsindən də imtina etməyib. Dostları arasında \”romantik inşaatçı\” ləqəbi ilə tanınan gəncin ən böyük əsəri isə Bakıda sevdiyi xanıma 3 il müddətində yazdığı 700 bəndlik şeirdir.
Mercimeyin sözlərinə görə, 130 səhifəyə yerləşdirilən şeir üçün ümumilikdə 35 metrlik kağızdan istifadə olunub.
\”Bakıda Güləbətin adlı xanımı ilk baxışda sevdim. Sonra onunla görüşüb tanış oldum. O həyatıma girdiyi andan şeir yazmağa başladım. O zamana qədər də yazırdım, amma onu gördükdən sonra şeirlərim yeni məna kəsb etdi. O, Qafqaz Universitetinin Ədəbiyyat fakültəsinin II kurs tələbəsi idi. Evləndik və ali məktəbi bitirdikdən sonra Türkiyəyə gəldik\”, – deyə türk şair bildirib. (virtualaz)
İnterpress.az