“Zahid Oruc Oqtay Əsədova elə reaksiya verməməli idi”backend

“Zahid Oruc Oqtay Əsədova elə reaksiya verməməli idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milli Məclisdə fikir ayrılıqları, mübahisələr ola bilər.

Ancaq Milli Məclis üzvünün Milli Məclis sədri ilə söz güləşdirməsi qəbuledilməzdir”.

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasındakı mübahisəyə münasibət bildirərkən deyib.

A.Abiyev bildirib ki, Milli Məclis sədrini Milli Məclisin üzvləri seçib: “Spikerin vəzifəsi Milli Məclisin iclaslarını idarə etməkdir. Milli Məclis sədri deputatın mövqeyini müdafiə də edə, razı olmaya, irad bildirə bilər.
Oqtay Əsədov həm də Zahid Orucdan yaşlıdır. Zahid Oruc kimi cavan deputat bu amilləri nəzərə alaraq, Oqtay Əsədovla söz güləşdirməməli, elə reaksiya verməməli idi”.

Ağacan Abiyev bu həftə ərzində İntizam Komissiyasının iclasının keçiriləcəyini nəzərə çatıdırıb: “Zahid Oruc iclasa dəvət olunacaq və Milli Məclisdə sədrə qarşı belə davranışının yolverilməz olduğu onun nəzərinə çatdırılacaq”.

Ağacan Abiyev deyib ki, Zahid Oruc bəzi qaydaları yadından çıxarıb:
“Hər bir deputatın başqa bir deputat həmkarı ilə söz güləşdirməyə haqqı var. Lakin etika qanununda yazılıb ki, hər deputat sədrin fikrinə hörmətlə yanaşmalıdır. Çünki sədri 125 deputat və xalq seçib. Onun qarşılığında niyə sənə söz deyən kimi başlayırsan cavab verməyə. Parlament sədri ilə üzvlər arasında bir məsafə olmalıdır. O yuxarıda, biz isə aşağıda otururuq\”.

Ağacan Abiyev qeyd edib ki, parlament üzvünün sədrlə söz güləşdirmək haqqı yoxdur:

\”Bu, qanunvericliyə ziddir. Deputat sədrlə söz güləşdirsə, bu, parlament olmaz. Sədr bizi idarə edir. Qayda-qanuna riayət etmək lazımdır. Əgər bunları bacarmırsa, deputatın burada nə işi var? Cavan oğlandır, yaxşı deputatdır, gələcəyi var. Heç olmasa, kişinin yaşına, tutduğu vəzifəyə hörmət etmək lazımdır\”.

Komissiyada Zahid Orucla həmkar olaraq söhbət ediləcəyini deyən Ağacan Abiyev əlavə edib ki, 12 nəfər komissiya üzvü öz fikrini bildirəcək:

\”Burada hər hansı cəza yoxdur, ancaq tövsiyə verə bilərik\”

İnterpress.az