Rusiya Kiyevdəki istilik elektrik stansiyasına ballistik raketlərlə zərbə endirib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
Məlumata görə, Rusiya Silahlı Qüvvələri Ukrayna paytaxtının əsas enerji obyektlərindən biri olan Kiyev İES-4-ə ballistik raketlərlə zərbə endirib.
Zelenski bildirib ki, Ukraynanın enerji infrastrukturunun dağıdılması, eyni zamanda ballistik raketlərin buraxılması barədə əvvəlcədən xəbərdarlıq edilməməsi ədalətsizlikdir.
Ukrayna kəşfiyyatı isə Rusiyanın yeni ballistik raket zərbələrinə hazırlaşdığı barədə məlumat yayıb.
Xuraman Etibarlı
İnterpress.az






