Antarktidada pinqvinləri saymaq üçün aylıq 2500 avro maaşla könüllülər axtarılır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Böyük Britaniya Antarktika İrsi Fondu (UKAHT) Antarktika yarımadasının kənarındakı Qudier adasında yerləşən Port Lokroy Tədqiqat Stansiyasında mövsümi vəzifələr təklif edir.
Antarktidada pinqvinlərin sayını müəyyənləşdirmək üçün könüllülər axtarılır. Bu işə cəlb olunacaq şəxslər tədqiqat mərkəzində beş ay çalışacaqlar.
Məlumata görə, işçilərə ayda 2500 avro (təxminən 5 min manat) maaş veriləcək.
Yaşayış, gündə üç dəfə yemək və nəqliyyat xərcləri isə ödənişsiz təmin olunacaq.
Xuraman Etibarlı
İnterpress.az






